turklehceleri.org

bulanmaq

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

bulanmaq

f.
1. Duruluğunu, saflığını, şəffaflığını, bərraqlığını itirmək. Arxın suyu bulandı. // Tutqunlaşmaq. Mayenin rəngi gah ağarır, gah da bulanırdı.
2. Bulaşmaq, batmaq, kirlənmək. Uşağın üst-başı palçığa bulandı. – Yaralı, al-qana boyanmış idim; Yıxılıb torpağa bulanmış idim. A.Səhhət.
3. Mədəsi qarışmaq, qusmaq ehtiyacı hiss etmək. Mədəsi bulanmaq. Ürəyi bulanmaq.
4. məc. Pozulmaq, xarablaşmaq, qarışmaq, tutulmaq. – Axşam yaxınlaşdıqca, Həsən kişinin əhvalı bulanırdı. M.İbrahimov. // Hava haqqında. Hava bulandı. // Coşmaq, həyəcanlanmaq. Bulandı dəryalar, həm daşdı sular; Qaynaqsız bulaqlar çayə dönübdür. Qurbani. Mən ağ günlər şairiyəm; Fəqət yaman bir xəbərdən; Dəniz kimi bulannam mən. S.Vurğun. // məc. Ölgünləşmək, hissiz bir hala gəlmək, tutqunlaşmaq. Zehni bulanmaq. Gözləri bulanmaq.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

bulanmaq

I. bulaşmaq, batmaq, girlənmək
{bulaşmak, batmak, kirlenmek}

II. qarışmaq, öyümək, qaytarmaq
{karışmak, midesi kalkmak, döndürmek}

III. qarışmaq, tutulmaq, xarablaşmaq, bozulmaq
{karışmak, tutulmak, yıkılmak, bozulmak}


Axir izdelgen sözler: