boşlamaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
boşlamaq
f.
1. Buraxmaq, vaz keçmək, əl çəkmək. [Kərim:] Yəni bunu deməkdə qərəzin nədir? İstəyirsən ki, mən səni boşlayım, qaçasan? M.F.Axundzadə. Boşla, ay molla dayı, sən də bizi çəkmə zora. M.Ə.Sabir. [Səlim:] Ürəyimə yatan işdir, boşlaya bilmərəm. Mir Cəlal.
2. Bir işlə daha məşğul olmamaq, tərk etmək. Papirosu çoxdan boşlamışam.