turklehceleri.org

ardıcıl

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

ardıcıl

1. sif. Müəyyən bir fikri, məsləki təqib edərək, dönmədən onun ardınca gedən. Ardıcıl inqilabçılar. Ardıcıl materialistlər. Ardıcıl inqilabi xətt yeritmək. // İs. mənasında. Nəiminin ardıcılları.
2. zərf Arası kəsilmədən, bir-birinin ardınca, müntəzəm surətdə. ..Oğlu Tapdığın həyatı ardıcıl surətdə gəlib onun [Ağcanın] gözü qabağından keçirdi. Ə.Əbülhəsən. Beləliklə, musiqi əsərlərindəki ağır və yüngül səslərin ardıcıl və müntəzəm surətdə təkrar edilməsi musiqinin bərabər ölçülü ayrı-ayrı taktlara (xanələrə) bölünməsini əmələ gətirir. Ə.Bədəlbəyli.
3. sif. Məntiqli, məntiqə əsaslanan, qanunauyğun. Ardıcıl mühakimə. Ardıcıl nəticələr çıxarmaq. Ardıcıl materializm nəzəriyyəsi.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

ardıcıl

I. sistemli
{sistemli}

II. məntiqi, qanunauygun
{mantıklı, yasal}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

ardıcıl

aralıksız, art arda, artçıl, devamlı, otomatik, sürekli


Axir izdelgen sözler: