turklehceleri.org

Yeni

Türkiye Türkchisi – Tatarche Lughet (Ganiyev, 1998)

yeni

1. с. яңа; yeni usul яңа ысул. 2. рәв. яңадан; яңа гына; күптән түгел; yeni gelen яңа гына килгән

Tiniq Türkche - Türkiye Türkchisi Lughiti (Kuleli)

yeni

1. Çağdaş (zamana uyan), Modern
2. Az önce, Demin

ercilasun1991

yeni

Türkiye Türkçesi: yeni
Azerbaycan Türkçesi: yeni
Başkurt Türkçesi: yaŋı
Kazak Türkçesi: jaŋa
Kırgız Türkçesi: caŋı
Özbek Türkçesi: yängi
Tatar Türkçesi: yaŋa
Türkmen Türkçesi: leŋŋeç
Uygur Türkçesi: kıskuç
Rusça: rak

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

yeni

sif.
1. İlk dəfə yaradılmış lap yaxınlarda meydana gəlmiş, törəmiş; təzə (köhnə ziddi). Yeni əsər. Yeni paltar. Ən yeni maşınlar. – Hər gün bir yeni nəğmə; Hər gün bir yeni ilham; Yazaydım səhər-axşam. M.Müşfiq. // İstifadə olunmamış, işlənməmiş, əcərli. Yeni ayaqqabı. Yeni evə köçmək. Yeni silahlar. Yeni kostyum. // Öz əvvəlki vəziyyətini saxlamış, dəyişməmiş halda qalmış. Paltar yeni (z.) qalıbdır.
2. Dövrümüzə aid olan, müasirimiz olan, müasir (keçmiş, köhnə, əski, qədim qarşılığı). Yeni tarix. Yeni ədəbiyyat. Yeni dünya. • Yeni il – yanvarın birinci günü, üzümüzə gələn il. Yeni iliniz mübarək! – yeni il münasibəti ilə təbrik. // İndiki, hazırkı. Yeni dövr. Yeni mərhələ. Yeni dillər – qədim, ölü dillərdən fərqli olaraq bu gün mövcud olan dillər, müasir dillər. Yeni insan, yeni adamlar – müasirlərimiz. Bizdədir sinfi şüurun əsli; Adımızdır yeni insan nəsli. M.Müşfiq.
3. Təzə tapılmış, kəşf edilmiş, keçmişdə məlum olmayan. Yeni planet. Yeni ulduz. Elmdə yeni qanun. Yeni kəşf. Yeni üsul.
4. Əvvəlkinin yerinə gəlmiş, yaxud təyin olunmuş, əvvəlkini əvəz edən. Yeni müdir. Yeni direktor. Yeni katib. // Bir işdə hələ təcrübəsi olmayan; alışmamış, öyrənməmiş. O, bu vəzifədə yenidir. // Köhnəni əvəz edən, əvvəlkinin əvəzində tətbiq edilən. Yeni qayda. Yeni vəzifələr. Yeni istiqamət. Yeni yol.
5. Əvvəlki deyil, başqa, digər, bambaşqa. Yeni məna. Yeni məzmun. Qarşımda yeni aləm açıldı. – İrəlidə Səmədi tamamilə yeni bir həyat, yeni işlər, yeni qayğılar gözləyirdi.. İ.Hüseynov.
6. Cavan, tər, bu ilin məhsulu; təzə. Yeni taxıl. Yeni məhsul. – Onsuz açılmazdı yeni çiçəklər; Uçmazdı düzlərdə ağ kəpənəklər. S.Vurğun.
7. Zərf mənasında. Bir az bundan əvvəl; təzəcə. Bəzi vaxt Cəmilə [Mirzağanın] mənzilinə gəlir, yeni aldığı bir ev əşyasının nə yerə və necə qoyulmasını təyin edirdi. S.Hüseyn. Payızın sübhü yeni açılmışdı. S.M.Qənizadə. ‣ Yeni başdan – bax. yenidən. Yeni çıxma – təzə meydana çıxmış, moda olmuş. Yeni çıxma şey. Yenidən yeni – lap yeni, lap təzə. Yeni dünya köhn. – Amerika. [Qara zənci:] Amerika, Yeni dünya! Mənim doğma vətənimdir; Babamın ağ sümükləri çürümüşdür bu torpaqda... S.Vurğun.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

yeni

cavan, tər, təzə
{civan, diri, taze}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

yeni

yeni

Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)

yeni

a. Yani.


Axir izdelgen sözler: