turklehceleri.org

şəxsi

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

şəxsi

sif. [ər.] Bir şəxsə, adama məxsus (aid) olan, şəxsən onun özü üçün olan, özünün. Budur, bu məclisə yığışanların hamısı öz şəxsi həyatlarını, hörmətlərini təhlükə altına salaraq gəlmişlər. S.Rəhman. // Bir şəxsin özünə məxsus olan, onun istifadəsində olan; xüsusi. Şəxsi mülk. Şəxsi maşın. // Ayrıca bir şəxsə aid olan, ancaq ona xidmət edən. Şəxsi katib. Şəxsi mühafizə dəstəsi. // Müəyyən şəxsə xas olan. Şəxsi fikir. Şəxsi rəy. Şəxsi təcrübə. // Bir şəxsin xüsusi ailə həyatına, ailə münasibətlərinə aid olan. Başqalarının şəxsi həyatına qarışmaq. Şəxsi həyatları yaxşı deyil. // Şəxsiyyətə aid. Vətəndaşların şəxsi hüquqları. Şəxsi toxunulmazlıq. Şəxsi vəsiqə. // Müəyyən şəxsə yönəldilmiş, ona toxunan. Şəxsi təhqir. Mən bunu özümə şəxsi həqarət sayıram. ‣ Şəxsi heyət – hər hansı bir idarədə, müəssisədə, hərbi hissədə və s.-də xidmət edən şəxslərin heyəti. Şəxsi iş – bir idarədə, müəssisədə, hərbi hissədə xidmət edən və ya bir yerdə oxuyan şəxsə aid sənədlərin məcmusu.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

şəxsi

xüsusi, fərdi
{hususi, ferdi}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

şəxsi

kişisel, özel, şahsi


Axir izdelgen sözler: