Tamaşa
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
tamaşa
is. [fars.]
1. Baxıb seyr etmə. Siz hərəkət edən gəminin göyərtəsindən .. alçaq və uca dağların tamaşasına dalmağın zövqünü dadmısınızmı? M.İbrahimov. • Tamaşa etmək (eləmək) – 1) baxıb seyr etmək, baxmaq. Axşam vaxtları kəndin kənarında durub yaşıl çəmənlərə tamaşa eləyəndə görürsən ki, naxır üz qoyub kəndə gəlməyə. C.Məmmədquluzadə. Nahardan sonra Bahadır pəncərədə oturub, qabağındakı meşəyə tamaşa edirdi. N.Nərimanov; 2) diqqətlə nəzərdən keçirmək; bütün diqqətini toplayaraq baxmaq. Şəha, müddət cəhanı mən də gəzdim, dərbədər gördüm; Tamaşa eylədim yaxşı-yamanı, xeyrü-şər gördüm. M.V.Vidadi. Hüsaməddin bunları deyəndən sonra sakit olub, Toğrulun nə kimi bir vəziyyət aldığına tamaşa edirdi. M.S.Ordubadi. Tamaşa qılmaq klas. – bax. tamaşa etmək. Dil zülfülə rüxsarüvə çün qıldı tamaşa; Avarə qalıb küfr ilə iman arasında. Heyran xanım.
2. Görməli, baxmalı, tamaşa etməli, yaxud gəzməli yer, mərasim və s. Xalı, xalça, palaz, fənər tanış evlərdən yığıb toyxananı döşərlər və lampaları yandırıb toya, tamaşaya yığışarlar. R.Əfəndiyev. Bu səhər Vahid Rübabəni Cıdır düzünə tamaşaya aparmalı idi. Mir Cəlal. // Göz qabağında açılan mənzərə; seyrəngah. Hər yamacda bir tamaşa; Könlüm uçur dağa-daşa. M.Müşfiq.
3. Teatrda, sirkdə, kinoda və s.-də tamaşaçılara göstərilən şey. Azərbaycanın qabaqcıl oğulları əsərə və tamaşaya yüksək qiymət vermişlər. M.İbrahimov. Tamaşanın ikinci pərdəsi oynanırdı. Mir Cəlal. • Tamaşa etmək – teatr, kino, sirk tamaşasına baxmaq. “Vaqif”ə tamaşa etmək. Baletə tamaşa etmək. Tamaşa zalı (salonu) – teatr, kinoteatr, mədəniyyət sarayı və s.-də tamaşa göstərilən zal (salon). Camaat tamaşa zalına axışırdı. S.Rəhman. Gülyanaq tamaşa zalına girəndə özünü başqa aləmdə hiss etdi. Ə.Vəliyev. Tamaşaya qoymaq – səhnədə göstərmək, oynamaq. “Koroğlu” operasını bir neçə rejissor tamaşaya qoymuşdur. Tamaşaya qoyulmaq – oynanılmaq, səhnədə göstərilmək, səhnəyə qoyulmaq. 1926-cı ildə “Hamlet” Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyuldu. M.Arif. “Karmen” operası ilk dəfə tamaşaya qoyulurdu. İ.Əfəndiyev. ‣ Tamaşa elə – hədə, xəbərdarlıq bildirir; bax..., görərsən... [Əhməd:] Yaxşı, ata, indi mən yer deşiyindən pul çıxardım, sən də tamaşa elə! Ə.Haqverdiyev. [Balaxanım:] Hələ mən səni öz atımın dırnaqları altında tapdadanda tamaşa elə, Dadaş Lələşov! S.Rəhimov.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
tamaşa
I. oyun, göstərmə
{oyun, gösteri}
II. seyr, mənzərə
{görüntü, manzara}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
tamaşa
oyun, temaşa, temsil
Qirghizche – Türkiye Türkchisi Lughiti (Yudahin)
tamaşa
a. l. zevk, eğlence, hoşlanarak bakılacak şey; tamaşaa bat.: tam olarak zevk almak; tamaşa kıl-: temaşa etmek; tañ tamaşa kaldır- taaccübü mucip olmak, hayrete düşürmek; 2. şaka; tama-şañdı koy-: şakanı bırak.; tamaşa kep: lâtife, ciddî olmıyan sohbet; tamaşası çok: şakası yak, ciddî
Qarachay-Malqarche – Türkiye Türkchisi Lughiti (Nevruz, 1991)
tamaşa
1.Hayranlık, şaşkınlık, büyüleyicilik. ~ bolmak: hayretler içinde kalmak, şaşkınlığa düşmek, ~ etmek: büyülemek, şaşkınlığa düşürmek, hayran bırakmak, körgenni ~ eterçadı: göreni şaşkınlığa düşürecek gibidir; 2.Çok ilginç, alâmet şey, görülmedik, şaşkınlık verici, büyüleyici. ~ bir zat kördüm: alâmet bir şey gördüm, bu ~ğa bir karağız: bu şaşkınlık veren manzaraya bakınız, ~ kitap: çok ilginç kitap.