turklehceleri.org

illah

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

illah

(=illah da) [ər. “illa”dan] dan. bax. illa 3-cü mənada. [Gülsənəm:] Yaxşı dedin qoydun? Bizim tövlələrdə yanan [elektrik] adamın gözlərini qamaşdırır. İllah da ki mənim kimisinin. M.Hüseyn. İllah da ona görə ağır oldu ki, Əntərzadə özünü mərkəz adamı sayırdı. Mir Cəlal. • İllah etmək (eləmək) dan. – and vermək, yalvarmaq, təkid etmək, çox çalışmaq. Ha illah elədik, Kəmalədən söz çıxara bilmədik. M.Hüseyn. [Əhməd:] Hacı, inadı var, xahiş eləyərsən oxumaz, nə illah eləyirsən oxumayanda oxumaz! İnaddı! Mir Cəlal. Hərçi illah elədi(lər) dan. – nə qədər çalışdı(larsa), səy etdi(lərsə), əlləşdi(lərsə). Vəzir, vəkil yığılıb münəccim çağırdılar, hərçi illah elədilər, yuxunu yozub bir yana çıxarda bilmədilər. (Nağıl).


Axir izdelgen sözler: