turklehceleri.org

Rəvayət

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

rəvayət

is. [ər.] Bir hadisə, əhvalat və s. haqqında qısa nağıl; hekayət. İmamlar haqqında rəvayətlər. – Qulaq as, duzlu bir hekayətdir; Məzəli, gülməli rəvayətdir. Ə.Qəmküsar. • Rəvayət etmək – demək, danışmaq, nəql etmək. Ağıçı arvadlara mərhumun səxavət və kəramətindən rəvayət etmədə idi. Çəmənzəminli. Rəvayətə görə – deyildiyinə görə, danışıldığına görə. [Qudyal çayı] qədim bir çaydır və rəvayətə görə Quba şəhəri vaxtilə bu adla adlanmışdır. Ə.Sadıq. Rəvayətə görə niysan ayında olan belə yağışlı günlərdə balıqqulağı su üzünə çıxıb ağzını açır. S.Vəliyev.

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

rəvayət

rivayet, söylenti


Axir izdelgen sözler: