Quyruq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
quyruq
is.
1. Heyvanların çoxunun bədənlərinin qurtaracağındakı mütəhərrik törəmə, yaxud heyvanın bədəninin getdikcə nazikləşən dal hissəsi. At quyruğu. Əqrəb quyruğu. Balıq quyruğu. – Bir həyətdə on iki-on üç yaşında bir .. uşaq pişiyin quyruğuna ip bağlayıb, həyətin o tərəfinə qaçırdı. C.Məmmədquluzadə. // Qoyunların bədənlərinin qurtaracağındakı ət halında olan yağ kütləsi. Qoyun quyruğu. Qoç quyruğu. • Quyruq yağı – qoyun quyruğunun əridilməsindən çıxan yağ. // Quşların bədənlərinin qurtaracağındakı uzun və ya qısa lələk topası. Xoruz quyruğu. Qırqovul quyruğu. Tovuz quyruğu.
2. Uçucu aparatların dal hissəsi. Təyyarənin quyruğu.
3. Hərəkət edən (yeriyən) bir şeyin axırıncı, ən arxadakı hissəsi. Qatarın quyruğu. Sürünün quyruğu göründü. Dəstənin quyruğu. // məc. Axır, axırıncı. [Qurban:] Namərdlər, alçaqlar, nə qədər ki, quyu dərinləşməmişdi, mən baş idim, onlar quyruq. A.Şaiq. // Ümumiyyətlə, bir şeyin qurtaracağı, son hissəsi.
4. dan. Növbədə durmuş adamlar sırası.
5. məc. Bir adamın arxasına düşüb ondan ayrılmayan adam haqqında; əlaltı. • Quyruq olmaq – daim birinin dalına düşüb, ondan əl çəkməmək. // məc. dan. Bir adamın dalınca, ya yanınca gələn adam. ‣ Quyruğu qapı arasında qalmaq – bilmədən girə düşmək, işi dara düşmək, çətin və çıxılmaz bir vəziyyətdə qalmaq, nə edəcəyini bilməmək. Quyruğu qapı arasından çıxmaq – girdən qurtarmaq, çətin və çıxılmaz vəziyyətdən qurtarmaq, daha başqasından asılı olmamaq. Quyruğun qapı arasından çıxıb, daha bizi saymazsan. M.Hüseyn. Quyruğu paçada olmaq – çəkinmək, qorxaqorxa dolanmaq; qəribliyə düşərək qısınmaq. Quyruğu tələdə qalmaq – bax. quyruğu qapı arasında qalmaq. Quyruğu tələdən çıxmaq – bax. quyruğu qapı arasından çıxmaq. Quyruğunu basmaq – bir hərəkətlə, ya sözlə birinə toxunmaq, sataşmaq. Quyruğunu belinin tirinə qoymaq – lovğalanmaq, təşəxxüs satmaq, etina etməmək, saymamaq, meydan oxumaq, istədiyini etmək. Quyruğunu düyünləmək – möhkəm durmaq, hər bir ehtimala qarşı hazır olmaq, hazır durmaq. Quyruğunu eşmək – 1) qaçmağa hazırlanmaq; 2) bax. quyruğunu belinin tirinə qoymaq. Quyruğunu əldən buraxmaq (vermək) – əldən çıxarmaq (ələ keçmiş şeyi). Quyruğunu tapdalamaq – acışdırmaq məqsədi ilə sözlə və ya hərəkətlə birinə dolaşmaq, sataşmaq, öcəşmək. Quyruğunu tutmaq – 1) birdən ələ keçirmək, girinə keçirmək; 2) ardına düşmək, təqib etmək, izləmək. Quyruq bulamaq – 1) yaltaqlanmaq, yaltaqlıq etmək. [İsmayıl] molla olsa da çox nadürüst bəndədir. Srağagünəcən bizim kənddə quyruq bulayırdı. P.Makulu; 2) yaltaqlıqla və s. yollarla tədbir görmək, iş görmək, aralığa girmək. [Ağa Mərdan:] İndi durum gedim, məhkəmədə olan haşiyənişinləri püxtə və amadə edim ki, sabah mürafiə vaxtında bəqədri-lüzum quyruq bulasınlar. M.F.Axundzadə. Quyruq doğmaq (əsli: quyruq donmaq) – yay fəslinin yarıdan keçdiyini bildirən ifadədir. İki ay, artıqbaşı iki ay yarımdan ziyadə dağda qalmayıb, quyruq doğandan sonra, yəni iyulun iyirmi beşindən, yainki avqustun əvvəllərindən başlayırlar arana köçməyə. F.Köçərli. Köçəri dili ilə deyilsə, “quyruq doğub” havalar sınandan sonra, bu yaylaqların adamları bir-bir yerindən tərpənər, .. köç üzüaşağı enərdi. S.Rəhimov. Əntiqə yazbaşı yox, yayın axırlarında, “quyruq doğandan” sonra gəlmişdi. Mir Cəlal. Quyruq ələ verməmək – aradan sovuşub çıxmaq, ələ keçməmək, tutulmaq qorxusundan hiylə və kələklə yaxasını qurtarmaq. Quyruq qısmaq – qorxub özünü yığışdırmaq, yaxud qaçmaq, əkilmək. ..Qalan iki-üç atlı isə aslan görmüş çaqqallar kimi, quyruqlarını qısaraq qaçdılar. M.Rzaquluzadə. Quyruqda bıçağı sındırmaq – bir işi görüb tamamlamamaq, yarımçıq qoymaq, axıra çatdırmamaq. Quyruqda qalmaq – yubanmaq, geriyə düşmək, hamıdan geri qalmaq, bir işdə axırıncı yeri tutmaq. Quyruqda sürünmək – 1) bax. quyruqda qalmaq; 2) öz fikri olmayıb başqalarının fikri ilə oturub-durmaq.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
quyruq
kuyruk
Özbekche—In'gilische Lughet (Dirks, 2005)
quyruq
tail (s. ~ tutuvi s. quyruqchi.
Uyghurche – Türkiye Türkchisi Lughiti (Kurban, 2016)
quyruq
Kuyruk. Quyrughi üzülmestin ötüyatqan mashinilar – Arkası kesilmeden geçmekte olan arabalar. Köz quyrughi bilen qarimaq – Göz ucu ile bakmak; göz kıyısı ile bakmak. Étigi quyruqtin bügünki öpke ela – Yarınki kuyruktan (kuyruk yağı) bugünkü akciğer iyi.