turklehceleri.org

mübariz

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

mübariz

[ər.]
1. is. Hər hansı bir (adətən qabaqcıl, mütərəqqi, ədalətli, doğru) iş və s. uğrunda mübarizə aparan, çalışan adam. Sülh mübarizləri. // Sif. mənasında. [Ömər Lütfi:] Sizin kimi mübariz arqadaşlarımız da var. H.Nəzərli. // Döyüşçü, vuruşan. [Bəhram:] Mən də vuruşanlarla, qalib gələnlərlə bir sırada mübariz bir əsgər kimi irəliləyəcəyəm. Ə.Vəliyev.
2. is. köhn. Oyunda, yarışda rəqib. Gəldi, mübariz tələb etdi genə; Söylədi ki, kimdi bərabər mənə? S.Ə.Şirvani. Fəxrəddin isə topu havada əlində saxlamaqla mübariz gözləyirdi. M.S.Ordubadi. [Qaraca qız] rəqs etməyi olduqca sevirdi, odur ki, məclisə mübariz istəyən pəhləvan kimi atıldı. S.S.Axundov.
3. sif. Mübarizəyə çağıran, mübarizə ruhlu. Mübariz çağırış. – Dostların arasında, İtaliya torpağında; Səsləndi ən mübariz nəğmələr dodağında. S.Rüstəm.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

mübariz

I. iradəli, əzmli
{iradeli, azimli}

II. döyüşkən
{dövüşken}


Axir izdelgen sözler: