turklehceleri.org

təhər

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

təhər

[ər. tövr-dən]
1. is. Cür, üsul, qayda, yol. Nə təhər adamdır? Bu təhər hərəkət etmək olmaz. – [At] dilə gəlib dedi: – Padşah bir uzun örkən, bir də poladdan bir bıçaq qayıtdırsın, sonra mən sənə təhərini deyərəm. (Nağıl). • Təhərini bilmək – qaydasını, yolunu bilmək, necə hərəkət edəcəyini bilmək. ..Tacirlərə yanaşmağın təhərini bilmək lazımdır. M.S.Ordubadi. [Hümmət Qarakişiyə:] [Yusif] elə ki işləmədi, onda təhərini bilirəm. B.Bayramov. Bu təhər – bu qayda ilə, bu yolla, bu cür, beləliklə. Bu təhər Şaqqulu sabahı gün qızı görüb aşıqladı və səbirsiz toyu gözləyirdi. Çəmənzəminli.
2. qoş. Kimi, bənzər, oxşar. Atası təhəri hündürboydur. – Qoca usta yerindəcə doğrulub Paşanı qucaqlayanda Nisa təhəri ağlamadı. M.Hüseyn.
3. bax. təhər-töhür.
4. is. dan. İmkan, həvəs, arzu. Onlara getməyə təhərim yoxdur. – Varsa qaçaqların əgər təhəri; Kəssinlər hər yandan əyri yolları. H.K.Sanılı. ...təhər mürəkkəb sifətlərin ikinci tərkib hissəsi olub təxminlik bildirir – ...kimi, azacıq..., bir az... Qırmızıtəhər rəng. Acıtəhər dad. – Bu hibridin meyvələri şirin və bir qədər turştəhər olub çox dadlıdır. M.Axundov. ‣ Təhər çəkmək – yoluna qoymaq, həll etmək, tədbir görmək, çarə çəkmək, əncam çəkmək. [Sərvər:] ..Sən atana deyinən ki, özün bilərsən. Sonra sənin işin yoxdur. Mən bu işə təhər çəkmişəm. Ü.Hacıbəyov. [Safo:] Alo əmi, Allah bu işlərə təhər çəkməyəcəkdir. S.Rəhimov. Təhərdən çıxarmaq – xarab etmək, korlamaq. [Münəvvər xanım Rzaqulu xana:] Cəmi təqsirlər səndədir ki, ayda yüz tümən pul verib, uşaqları təhərdən çıxarırsan. M.S.Ordubadi. Təhərdən çıxmaq – adi, təbii görkəmini itirmək, pis şəklə düşmək, xarab olmaq. Minlərcə biletsiz sərnişinlərin şinellərində gətirdiyi tozdan və çəkmələrindəki palçıqdan pilləkənlər, göyərtələr təhərdən və şəkildən çıxmışdı. Ə.Əbülhəsən. Təhərə düşmək – normal şəklə düşmək, adi, təbii halını almaq, qaydaya düşmək. Təhərə salmaq – normal şəklə salmaq, adi, təbii halına salmaq, qaydaya salmaq. Təhərim yoxdur – istəmirəm. Qonaqların yanında qızarmağa təhərim yoxdur. Mir Cəlal. Təhərini pozmadan – təbii halını pozmadan, etidalını pozmadan, həmişə olduğu kimi, həmişəki kimi. Ataş təhərini pozmadan cavab verdi. Ə.Vəliyev. Aslan təhərini pozmadan gülümsündü. S.Vəliyev. Bir təhər olmaq – bax. bir.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

təhər

tərz, üsul, qayda, yol
{tarz, usul, kaide, yol}


Axir izdelgen sözler: