turklehceleri.org

cəhd

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

cəhd

is. [ər.] Bir işi yerinə yetirmək və ya bir şeyi əldə etmək üçün ciddi çalışma, səy və qeyrət göstərmə. [Vaqif:] Mirzə Əliməmməd, mənə elə gəlir ki, “cəhd çarıq yırtar!” doğru məsəldir. Çəmənzəminli. Sübhanverdizadənin bütün cəhdləri əbəs yerə qanad çalan kor yatalaq kimi uçub getdi. S.Rəhimov. • Cəhd etmək – çox çalışmaq, səy və qeyrət göstərmək, cidd-cəhd etmək, can yandırmaq. [Mehriban] nə qədər cəhd edir, cəld işləməyə çalışırdısa da, olmurdu, tez-tez çaşırdı. H.Seyidbəyli. Hər dəfə udqunub nəfəs almağa cəhd etdikcə [Əlləzoğlu] qızarıb pörtür, nazik boğazının damarları şişib, barmaq yoğunluğunda olur. İ.Hüseynov. // Məqsəd. Cəhdin nədir?

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

cəhd

çalışma, çapalama, sə’y
{çalışma, çabalama, gayret}

Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)

cəhd

çaba, gayret, özen


Axir izdelgen sözler: