turklehceleri.org

Mərdimazar

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

mərdimazar

sif. və is. [fars. mərdümazar] Danışığı və ya hərəkəti ilə başqasına zərər vuran, ziyan yetirən, pislik, yamanlıq edən. Mərdimazar adam. // Söyüş məqamında. [Soltan bəy:] Mərdimazar oğlu mərdimazar hayandan gəldisə, bütün işi korladı, planımı dağıtdı. Ü.Hacıbəyov. [Allahqulu:] Nə eləyəsən ki, yolu mərdimazar ləzgi qaçaqları kəsdilər. Çəmənzəminli. [Cavanlardan biri:] Mərdimazarın ölüsü də, dirisi də mərdimazardır. B.Bayramov.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

mərdimazar

qəlbiqara, fəsad, iyrənc, çirkin, müzür
{kötü kalpli, fesat, iğrenç, çirkin, ziyankâr}


Axir izdelgen sözler: