turklehceleri.org

Həzrət

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

həzrət

is. [ər.] köhn. Müqəddəs sayılan şəxslərin adlarının əvvəlinə gətirilərək təzim və ehtiram bildirən söz – cənab. Möcüzi-ləliləbin həzrəti-İsa nə bilir? Nazi-əndamını Şirinü Züleyxa nə bilir? Q.Zakir. [Yusif:] Həzrət Abbas haqqı, ay Səməd, mən elə bilirdim, bu oxumaq zad səni dəyişdirib. İ.Hüseynov. • Həzrətləri şəklində – keçmişdə ehtiram və sayğı əlaməti olaraq böyük və hörmətli şəxslərin adlarından sonra işlədilirdi – cənabları (indi ən çox diplomatik dildə işlənir). Burada müsəlman camaatı bir yerə cəm olub, əl qalxızıb imperator həzrətlərinə dua edirlər. C.Məmmədquluzadə. [Məhəmməd:] Hərgah Atabəy həzrətləri icazə verərsə, mən iştirak edərəm... M.S.Ordubadi.


Axir izdelgen sözler: