Kələm
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
kələm
is. Yarpaqları xörəyə işlənən bostan bitkisi. Bir baş kələm. Kələm dərmək. – Bazara turp, kök, kələm, soğan gələr satılmağa; Küləkli qar, yağış yağar uzun-uzadı yaylağa. A.Səhhət. • Baş kələm bot. – kələmin iri yarpaqlar şəklində açılan növü. 2 kq baş kələm almaq. Daş kələm bot. – xörəyə işlənən yoğungövdəli kələm növü. Dəniz kələmi bot. – xörəyə qatılan və müalicə məqsədi ilə işlədilən dəniz yosunu. Dəniz kələmi konservi. Gül kələm bot. – gül şəklində olan kələm növü. Gül kələmi doğramaq. // Həmin tərəvəzdən hazırlanmış xörək. Kələm şorbası. ‣ Kələm suyu – borşa zarafatla verilən ad. Canım, Allahın kələm suyu – borşu istəyirsən, içindən sosiska çıxır. S.S.Axundov.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
kələm
lahana