epizod
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
epizod
[yun. epeisodion – əlavə]
1. Hadisə, əhvalat, təsadüf, ittifaq, vəqə. Əsgərlər yana-yana Qələndərdən danışırdılar və kim hansı epizodu nağıl edirdisə, sözünün axırını gətirib Qələndərlə bağlayırdı. Ə.Əbülhəsən.
2. Bədii əsərin bitmiş, müstəqil olan bir parçası. Romandan bir epizod danışdı. // kit. Hadisələr silsiləsi içində bir vəqə. Əhvalatın ən romantik və dramatik epizodu. // Kinoşəklinin məzmunca bitmiş hissəsi. Bu epizod filmin ən güclü parçasıdır. // Teatr tamaşasında əhvalatın inkişafı ilə bağlı olmayan səhnə, pərdə. Baletin dərin humanist ideyası öz ifadəsini həm kütləvi qəhrəmanlıq səhnələrində, həm lirik adajiolarda, həm də rəqs epizodlarında tapır. (Qəzetlərdən).
Özbekche—In'gilische Lughet (Dirks, 2005)
epizod
(Russian) episode.