Budaq
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
budaq
is.
1. Ağac və kolların gövdələrindən ayrılan hər bir qol; şaxə. Payız çağında hər səhər soyuq-soyuq külək əsər; Ağaclara, budaqlara dəyəndə yarpağın tökər. A.Səhhət. Budaqları sınan ağacları görərkən .. yolçunun ürəyi sıxıldı. Ə.Məmmədxanlı. • Budaq atmaq (vermək) – bax budaqlanmaq. Boylu çinar budaq atmış, qol atmış. R.Rza.
2. məc. Əsas bir şeydən ayrılan qol, şaxə, xətt, şöbə, hissə, qisim. ‣ Budaq cümlə qram. – tabeli mürəkkəb cümlənin tərkibinə daxil olub, baş (yaxud digər budaq) cümləyə tabe olan cümlə.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
budaq
şaxə, qol
{dal, kol}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
budaq
budak, dal