turklehceleri.org

xilaf

Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)

xilaf

is. [ər.]
1. Zidd, əks. [Hakimi-şər:] Ağa Salman, deyirlər, Hacı Qafurun övladı qalıbdır. Sənin bu sözün xilafına isbatın varmı? M.F.Axundzadə. Usta Ramazan adətin xilafına səbirsizlik göstərdi. M.Hüseyn.
2. Yalan, qeyri-həqiqət. [Vəzir:] Sənin çörəyin mənə qənim olsun, əyər xilaf ərz edirəm. M.F.Axundzadə. [Əmir:] Zeyd, mənim sözüm əmir sözüdür; onda xilaf ola bilməz. Leylanı sənə verərəm. Lakin sən mənə qırx gün möhlət ver. Ü.Hacıbəyov. ‣ Vədi xilaf olmaq – bu və ya başqa səbəbə görə vədini, dediyini yerinə yetirə bilməmək. [Molla İbrahim Xəlil:] Yerdə qalır iyirmi pud, onu da yəhudilər aparsınlar ki, mənim vədim xilaf olmasın. M.F.Axundzadə. Vədinə xilaf çıxmaq – verdiyi sözü, vədi yerinə yetirməmək, yalançı çıxmaq. [Əbülhəsənbəy:] Hərgah vacib işim olmasaydı, heç vaxt mən verdiyim vədəmə xilaf çıxmazdım. M.S.Ordubadi. Lətifə yenə gözlərini qaldırmadan cavab verdi: – Bəli, usta. Qoy vədinə xilaf çıxan utansın! M.Hüseyn.

Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)

xilaf

I. yalan, uydurma, qondarma
{yalan, uydurma, abartma}

II. zidd, qarşı, əks
{zıt, karşı, aksi}


Axir izdelgen sözler: