konfrans
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
konfrans
[lat.] Müəyyən məsələləri müzakirə və həll etmək üçün partiya, ictimai və s. təşkilat nümayəndələrinin, habelə hökumət nümayəndələrinin müşavirəsi, yığıncağı. Elmi konfrans. Beynəlxalq konfrans. – Keçən bazar ertəsi günü firqə klubunda teatr konfransı çağırılmışdı. C.Məmmədquluzadə. Beş-altı ay əvvəldən başlayaraq, ara-sıra Məsməyə klub, konfrans kimi ictimai yerlərdə rast gələrdim. S.Hüseyn. Həsən Tiflisdə çağırılan konfransdan qayıdanda iki dolu [zənbil] Zaqatala tütünü gətirirmiş. Qantəmir.