,,sıldırım
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
sıldırım
sif. Çılpaq, dik və uca; yalçın. Sıldırım dağ. – [İskəndər bəy] sıldırım bir qayanın başında laçın yuvasına bənzər, ağ daşdan bina olunmuş ikimərtəbəli sarayında oturub hər tərəfə fərman göndərərdi. Ə.Haqverdiyev. Xoş gəldin söyləyir yenə şairə; Sinəsi sıldırım qayalı dağlar. S.Rüstəm. // Sıldırımlı. Biz sıldırım və çətin bir yol ilə gedirik. M.İbrahimov. // is. Dik qaya. Uşaqlığım uçurumlar, sıldırımlar arasında keçmişdi. İ.Əfəndiyev. Nərgizin fikri .. qanad çalır, sıldırımlarda dayanan ağacların .. yanında süzürdü. B.Bayramov. // Uçurum, yarğan. [Koroğlu] atı vurub sıldırımın kənarına gəldi. “Koroğlu”.
Azarbayjan Türkchisining Sinonimler Lughiti (Çakıroğlu, 2013)
sıldırım
uçurum, yalçın, sarp
{uçurum, yalçın, sarp}
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
sıldırım
sarp