səhifə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
səhifə
is. [ər.]
1. Kitab, dəftər, qəzet və s. vərəqinin bir üzü. Kitab 100 səhifədir. – Hər səhifədə hər gün; Neçə qələbə, zəfər; Neçə-neçə xoş xəbər... R.Rza. // Kitabda, dəftərdə vərəq. Kitabın birinci səhifəsi cırılmışdır. Səhifəni çevirmək. Əsərın üçüncü səhifəsində yazılmışdır.
2. məc. Dövr, bir şeyin hissəsi. Tarixə yeni səhifə açmaq. – [Məsmə:] Mənim həyatımın ikinci səhifəsi iyirmi üçüncü ilin baharından başlayır. S.Hüseyn. ..Taqanroqu azad edən hissələr içərisində azərbaycanlılardan ibarət diviziya da öz döyüş şöhrəti ilə tarixin səhifələrinə imzasını atmışdı. Ə.Məmmədxanlı.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
səhifə
bet, sahife, sayfa