qəhvə
Azarbayjan Türkchisining Izahliq Lughiti (Orucovun, 2006)
qəhvə
is. [ər.]
1. Tropik ölkələrdə bitən qəhvə ağacının girdə ətirli dənləri. Qovrulmuş qəhvə. Üyüdülmüş qəhvə.
2. Bu dənənin ovuntusundan hazırlanan içki. Qəhvə içmək. Qəhvə bişirmək. Qara qəhvə. Südlü qəhvə. – [Əbdül:] Yorulmuşdum, döndüm çayxanaya ki, bir-iki fincan qəhvə içim. Ə.Haqverdiyev. // Qəhvə surroqatı. Arpa qəhvəsi. Palıd qəhvəsi. Soya qəhvəsi. ‣ Qəhvə dəyirmanı – bax. dəyirman.
Pamukkale Azarbayjan Türkchisi - Türkiye Türkchisi (A.D.T.ningki)
qəhvə
kahve