əvəzsiz
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əvəzsiz
sif.
1. Əvəzi olmayan, əvəz oluna bilməyən, başqası ilə əvəz edilə bilməyən. Əvəzsiz yoldaş. – ..Bünyadın dostu da özü kimi Mollayevi əvəzsiz bir şəxsiyyət sayanlardandı. M.Hüseyn. Zahid [Rübabənin] həmişəlik və əvəzsiz munisi olmuşdu. Mir Cəlal.
2. Misli-bərabəri, tayı olmayan. Əvəzsiz gözəl. – Hiss olunurdu ki, Cavahir əvəzsiz çalışqan imiş. T.Ş.Simurq.
3. zərf Pulsuz, müftə, qarşılıqsız. Bəndalı xəyalına gətirə bilməzdi ki, adam adama əvəzsiz, pulsuz bir xeyir iş görə. Mir Cəlal.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
əvəzsiz
I. misilsiz, bərabərsiz, tayısız
{misilsiz, benzersiz, farklı}
II. pulsuz, müftə
{ücretsiz, karşılıksız}