sualtı
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
sualtı
sif.
1. Suyun altında olan, icra edilən, su səviyyəsindən aşağıda olan. Sualtı daşlar. Sualtı axtarışlar. – Ara-sıra sualtı vulkanlar da püskürürdü. M.Qaşqay. Maşinist barkası sualtı qayalardan qoruya-qoruya irəliləyirdi. M.Süleymanov. // Su altında yaşayan, su altında bitən. Sualtı canlılar.
2. Su altında hərəkət edən. Sualtı mina. Sualtı gəmi. // Su altında edilən, su altında görülən. Sualtı işlər. Sualtı kinofilm çəkmə.