əsirgəmək
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əsirgəmək
f.
1. Rəhmi gəlib qorumaq, saxlamaq, hifz etmək, himayə etmək. [Səlim qızı:] Ulu tanrım, sən bu yetim yavrucuğu əsirgə!.. C.Cabbarlı. [Orxan:] İsmət! Allah əsirgəsin, nədir bu halət? H.Cavid.
2. Qıymamaq, qıyıb verməmək, heyfi gəlmək, xəsislik etmək, qızırqamaq. Şeylərini çox əsirgəyir. – Dağlar sənin ilə həmdəm olmaya; Əsirgərsən indi qarı da məndən. Qurbani. [Xudayar bəy:] Bax, ey qazı ağa, .. mən məlun adamam əgər başımı da sənin yolunda əsirgəyim. C.Məmmədquluzadə. Camaatdan ötrü, doğrudan, Qurbanqulu heç bir şeyin əsirgəmədiyi kimi, canından belə keçməyə hazır idi. T.Ş.Simurq. // Qənaət etmək, qənaətlə işlətmək.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
əsirgəmək
I. qorumaq, saxlamaq
{korumak, saklamak}
II. qızırqamaq, heyfslənmək
{eseflenmek, hayıflanmak}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
əsirgəmək
esirgemek