hissə
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
hissə
is. [ər.]
1. Tamın bölündüyü parçalardan hər biri; qisim. Binanın bir hissəsi. Çayın aşağı hissəsi. – Şirvan Şimali Azərbaycanın bir hissəsidir. M.S.Ordubadi. [Kiçikbəyim] günün müəyyən hissəsində şəhərin ətrafını dolanırdı.. Çəmənzəminli. – Mən ki sənəm, mən ki sənəm; tanımadın? Dəfn olunmuş bir hissənəm; tanımadın? M.Araz. // Bölünən bir şeydən hərəyə düşən pay. Hərə öz hissəsini götürdü. Onun hissəsini ayırıb verin.
2. Vahid, tam bir sistemin (orqanizmin, mexanizmin və s.) tərkib elementlərini təşkil edən şeylərdən hər biri. Ehtiyat hissələri. Maşın hissələri. – Şofer .. motorun əvəz edilməsi lazım gələn hissəsini alıb gətirmək üçün getmiş, təsadüfən oradan keçən başqa bir maşınla geri qayıtmışdı. S.Hüseyn. Çatışmayan və yaxud düzəldilməyi vacib olan bəzi hissələr Keşlədə hazırlanırdı. H.Seyidbəyli. // Hər hansı əsərin üzvi parçası, qismi, fəsli. Romandan bir hissə. Sonatanın son hissəsi. – [Seymur] rəssamlıq məktəbinə gəlib, birbaş tədris hissə müdirinin otağına girdi. H.Seyidbəyli.
3. Əlahiddə qoşun vahidi. Aviasiya hissəsi. Tank hissəsi. Hissə komandiri. – Doğrudur, bir dəfə Rüstəm kişi ayağından yaralandı, lakin sağalıb yenə hissəsinə qayıtdı. M.İbrahimov. İstehkam hissələrinin əlində kifayət qədər vəsait olmurdu. Mir Cəlal. hissə-hissə sif. və zərf Tam, bütöv halda deyil, hissələrə ayrılmış halda; hissələrlə, tikə-tikə. Tarlanı hissə-hissə şumlamaq. Romanı hissə-hissə çap etmək. – Qoşun hissə-hissə olub istirahət edirdi. S.Rəhimov. Heç şey hissə-hissə ölümə təslim olan bir bədəni yaşada bilməyəcəkdi. M.İbrahimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
hissə
parça, qisim, pay
{parça, kısım, pay}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
hissə
hisse, kısım, kota, küsur, para