turklehceleri.org

Xam

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

xam

sif.
1. Ələ öyrənməmiş, əhliləşməmiş. Xam quş. – ..Həmişə də qiymətli xam atı alıram ki, onu qoşquya öyrədim. C.Məmmədquluzadə. [Sərvinaz:] Xam cöngə kimi havalanıb çıxıblar dağ döşünə, .. bu əl boyda tifil bunların gözünə tikan kimi batır. B.Bayramov.
2. Əkilməmiş, əkinə düşməmiş, şumlanmamış, sürülməmiş, işlənməmiş, əl dəyməmiş. [Muxtar kişi Adiləyə:] Eşidirsən təpənin dalından gələn o gur səsi? Təzə aldığımız traktordur, güney talada xam torpağı sökür. Ə.Məmmədxanlı. // Eyni mənada otlaq, çəmən və s. Xam örüş. – [Ramazan Sahib müəllimə:] Qərəz, uzun sözün qısası, bəylər xamda otlayan buğa kimi tutuşdular. M.İbrahimov. Mal-qara xam otluğa dağılıb şırthaşırt otlayırdı. M.Hüseyn.
3. Öz təbii halında olan, əridilməmiş. Xam piy. Xam quyruq. – ..Uzaqdan-uzağa xam gümüş kimi; Ağaran səhradan necə əl çəkim? M.Müşfiq.
4. Aşıya qoyulmamış, aşılanmamış, işlənməmiş. Xam dəri. – Bu alçaq binaların damlarında .. xam və yarımxam keçi, qoyun dərilərinə rast gəlmək olardı. P.Makulu.
5. Çiy, bişməmiş. Xam ət. Xam kərpic.
6. dan. Dəyməmiş, yetişməmiş, kal. Xam meyvə. – Çıxma ərik ağacına bihudə, dilbərim; Yen gəl aşağı, nə yetkini var, nə xami var. M.Möcüz.
7. məc. Yetkin olmayan, təcrübəsiz, püxtələşməmiş, hazırlıqsız, vərdişsiz. [Şəkinski:] Mən xam bir aktrisanı səhnəyə buraxa bilmərəm. C.Cabbarlı. [Əsgər] gah bazarın bu başında, gah o başında xam müştəri axtarır ki, saqqalını qırxıb, cibini kəssin. B.Talıblı. // İs. mənasında. Xamın gözü böyük olar. (Ata. sözü). [Qəmər:] Sən hələ xamsan, püxtə olmağa çox səfər gərək... S.S.Axundov. ‣ Xam düşmək – bir işin nəticəsini əvvəlcədən düşünmədiyi, lazımınca dərk etmədiyi üçün yanılmaq, səhv iş görmək. Mən özüm də əvvəl xam düşdüm və keçən il getdim Bakıya, 5 manat verdim, qəbz aldım... C.Məmmədquluzadə. Xam ələ salmaq, xam salmaq – qarşısındakını xam, təcrübəsiz, bacarıqsız, anlaqsız, xəbərsiz sayaraq, bundan istifadə etməyə çalışmaq. Cəfər paşa istəyirdi ki, onu xam salsın. “Koroğlu”. [Məmişov:] Ay şeytana papış tikən Manaf, sən də məni xam ələ salıb dindirmə, danışmayacağam. M.İbrahimov. Xam xəyal – həyata keçirilə bilməyən, bir xəyal olaraq qalan, mümkün olmayan iş, arzu, məsələ; boş xəyal. [Kərimov Aydına:] Sən xam xəyallarınla mənim başımı doldurma. H.Seyidbəyli. Xam xəyal eləmək (olmaq) – yanlış xəyala düşmək, səhv fikirdə olmaq. [Zalxa:] Tarverdi bir zad gətirəcəkdirmi ki, yarısın sənə verə? Sən niyə belə xamxəyal olursan? M.F.Axundzadə. [Növbərlilər:] Keçən il Surxab məhəlləsinin dəstəsinə zor gəlmişdiniz, olmaya xam xəyal olubsunuz. P.Makulu. Xam tovlamaq – bax. xam ələ salmaq. Bizdən gözünü yığ ki, sənə aldanan olmaz; Get onları xam tovla ki, təzvir eləyirsən? M.Ə.Sabir. [Alı Səfi bəyə:] Bizi xam tovlamışdın, il uzunu işlədib bir qəpik də vermirdin.. Daha indi bəy-zad dəbdən düşdü.. Çəmənzəminli.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

xam

I. naşı, nabələd, təcrübəsiz
{acemi, bilgisiz, tecrübesiz}

II. çiy, alaçiy
{çiğ, pişmemiş}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

xam

acemi, ham

Özbekçe—İngilizce Sözlük (Dirks, 2005)

xam

(Persian) bowed. gardani ~ with a bowed head.

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

xam

f. Ham, çiğ, olgunlaşmamış. Xam alma – Olgunlaşmamış elma. Xam süt – Çiğ süt. Xam eshya – Ham madde. Xam chut qilmaq – Tahmin etmek, farzetmek. Xam qaymaq – Çiğ kaymak.


Son arananlar: