turklehceleri.org

əriştə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əriştə

is. [fars.]
1. Nazik-nazik kəsilib qurudulmuş xəmir parçalarından ibarət məmulat. Əriştə bəylər aşı; Quymaq onun yoldaşı. (Ata. sözü). Dilbər pəncərə arasına qoyulan məcməyidəki əriştəni götürüb ocaq üstündə pıqqapıqla qaynayan qazana tökdü. Ə.Sadıq.
2. Bu xəmir parçalarından bişirilən sulu xörək, şorba. Əriştə şorbası. ‣ Əriştə doğramaq məc. – bir işi görmək üçün gizli hazırlıq aparmaq. Özünə umac ova bilmir, özgəsinə əriştə kəsir. (Ata. sözü). [Səfər:] İndi [Həmzə və Çimnaz] əriştə doğrayırlar, amma qız heç razı deyil. C.Cabbarlı.


Son arananlar: