turklehceleri.org

əmtəə

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əmtəə

is. [ər. “məta” söz. cəmi] iqt. kit. Mübadilə üçün istehsal edilən əmək məhsulları; mal. Əmtəə insanın hər hansı bir ehtiyacını təmin edən, habelə başqa şeyə dəyişdirilən şeydir. – [Ömər Lütfi:] Şəhərdə olan bütün əmtəə təcili surətdə ixrac edilməlidir. H.Nəzərli. • Əmtəə dövriyyəsi iqt. – malların xalq təsərrüfatında dövr etməsi. Şəhərlə kənd arasında əmtəə dövriyyəsinin artması. Əmtəə istehsalı iqt. – səciyyəvi xüsusiyyəti, alğı-satqı yolu ilə mübadilə üçün məhsul istehsal etməkdən ibarət olan ictimai istehsal. Əmtəə mübadiləsi iqt. – mal mübadiləsi, mal dəyişmə. Beynəlxalq əmtəə mübadiləsi.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

əmtəə

mal, şey
{mal, nesne}


Son arananlar: