Şəhid
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
şəhid
is. [ər.] Yüksək amal, məslək, əqidə yolunda ölən, həlak olan, canını fəda edən adam. Bu təmənnadəyəm, ey gül, ki, şəhidin mən olam; Ölərəm, qeyrini gər mən bu təmənnadə görəm. S.Ə.Şirvani. Vətənin yolunda ölən şəhidlər; Ölmür, qovuşurlar əbədiyyətə... B.Vahabzadə. • Şəhid olmaq – yüksək amal, əqidə, məslək yolunda canını fəda etmək, həlak olmaq, ölmək. Şəhid olmaq fəqət hürriyyət uğrunda səadətdir; Əsarətlə həyatın bisəmər zövqü səfasından. Ə.Vahid.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
şəhid
şehit