qabar
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
qabar
is.
1. Bədəndə dərinin altında əmələ gələn sulu qabarcıq; suluq. • Qabar olmaq – bax. qabarlamaq 1-ci mənada. [Mahmud:] Balta vurmaqdan qollarım düşdü, əllərim suluq-suluq qabar oldu. Ə.Haqverdiyev.
2. Çox sürtülməkdən, toxunmaqdan qalınlaşmış, sərtləşmiş ət təbəqəsi; döyənək. • Qabar bağlamaq, qabar olmaq, qabar çalmaq – bax. qabarlamaq 2-ci mənada. [Şərəf xanım:] Gecə-gündüz işləməkdən əllərim qabar olmuşdur. S.S.Axundov. Ayaqlarım yolunda qat-qat qabar bağlamış. R.Rza. Bəs səbəb nədir, yazmır anaya bircə kağız; Oğul-oğul deməkdən qabar oldu dil, ağız. S.Rüstəm.
3. Su üzündə yağış damcılarından əmələ gələn köpükcük; qabarcıq. qabar-qabar sif. Hər tərəfi qabarlı, qabarla örtülmüş. Əlləri qabar-qabar (z.) olmaq. – Yaralarım qabar-qabar; Gəldi yardan doğru xəbər. Aşıq Kərəm. Ayağın qabarqabar çatdın Tehrana, heyhat! S.Rüstəm. [Komandir:] Mən özüm də kənddən çıxmışam, atamın da əli, bax, belə qabar-qabardır. S.Rəhimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
qabar
suluq, döyənek
{suluk, nasır}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
qabar
nasır