turklehceleri.org

əmr

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əmr

I. is. [ər.]
1. Bir işin görülməsi üçün verilən hökm, göstəriş. [İskəndər:] Gərək hər əmrimə baş əysin cahan; Ovcumda top kimi oynasın dövran. A.Şaiq. ..Müqim bəy xanımın tapşırığını bir əmr kimi yerinə yetirmişdi. S.Rəhimov. • Əmr etmək – bir işin görülməsini hökmlə tapşırmaq, buyurmaq. Onun eşqiylə mən ki dərbədərəm; Hər nə əmr etsəniz qəbul edərəm. H.Cavid. ..Mənə də müəllimimiz .. bir hekayə düzəldib yazmağı əmr etmişdi. S.S.Axundov. // Bir işi yerinə yetirmək haqqında əmr, sərəncam yazılmış kağız; əmrnamə. Nazirlikdən əmr alındı. Əmrə tabe olmaq. Əmri yerinə yetirmək. – Vahidin məktəbdən kənar edilməsi haqqındakı əmri oxuyanda Muxtar təəccüb elədi. Mir Cəlal. • Əmr vermək – əmrnamə, sərəncam yazmaq, nəşr etmək, elan etmək. Təyinat haqqında əmr vermək.
2. Hökumət orqanının, idarə, müəssisə, təşkilat və s. rəhbərlərinin rəsmi sərəncamı. Hərbi komissarlığın əmri. İnstitut direktorunun əmri. – [Komandir:] Göz-qulaq ol! – əmrini verdikdən sonra ordugaha döndü. H.Nəzərli. Tapşırıq görüldü yoldaş komissar! Mən yenə hazıram, nə əmriniz var? S.Vurğun. Dəstə öz komandirinin əmri ilə irəliləyirdi. Ə.Vəliyev. ‣ Əmr siğəsi – “əmr forması”nın köhnə qrammatikada adı. Əmr forması qram. – zaman və xüsusi əlaməti olmayan, yalnız şəxs şəkilçiləri qəbul edən feil qrupu. Əmr cümləsi qram. – əmr ifadə edən cümlə. Əmrdən çıxmaq – tabe olmamaq, göstərişə, əmrə əməl etməmək. Əmri-qaib – köhnə qrammatikada: üçüncü şəxsə edilən əmr. Əmri-hazır – köhnə qrammatikada: ikinci şəxsə edilən əmr. Əmrinə vermək – ixtiyarına vermək. Komandanın əmrinə çoxlu sursat və qoşun verilmişdir.

II. is. [ər.] İş. [Şah:] Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. M.F.Axundzadə. Olmaz bu ki hər əmrə dəxalət edə fələ; Dövlətli olan yerdə cəsarət edə fələ. M.Ə.Sabir. Mən istəmirəm, Xudayar bəyin keçəcəyindən danışam, çünki özü də heç bu əmrə razı olmaz. C.Məmmədquluzadə. • Əmri aşmamaq – işi keçməmək, çətinlik çəkmək. Əvvəl əmrdə köhn. – ilk olaraq, birinci növbədə, əvvəlcə, əvvəl başdan.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

əmr

hökm, göstəriş
{hüküm, buyruk}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

əmr

buyruk, emir, komut


Son arananlar: