turklehceleri.org

əfkar

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əfkar

is. [ər. “fikr” söz. cəmi] Fikir. [Qətibə:] Bu tədbir azərbaycanlıların bizim əleyhimizə olan hər bir təşəbbüsünə son qoyar. Xalqın əfkarı sakit olar. M.S.Ordubadi. Yormuşdu bütün ruhumu, əfkarımı aləm; Bir dağ ətəyində düşünürdüm təkü tənha. A.Şaiq. ‣ Əfkari-ümumiyyə – bir şey haqqında ictimaiyyətin (xalqın, camaatın) fikri, rəyi, münasibəti. [Tehrani:] Sərhəng, Azərbaycandakı hadisələr dünya əfkari-ümumiyyəsini həyəcana gətirmişdir. Ə.Məmmədxanlı. Qəzetlər əfkari-ümumiyyəni toplamışdı. Mir Cəlal.


Son arananlar: