turklehceleri.org

əşi

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əşi

nida. “A kişi” sözünün canlı dildə işlənən ixtisar şəkli olub, yerinə görə etinasızlıq, narazılıq, yaxud təkid və s. hissləri ifadə edir. Əşi, tez ol da! Əşi, mən nə bilim. Əşi, o da yoldaşdır! Əşi, qoy getsin! – [Sultan bəy:] Əşi, xan ilə aş yemirəm ki, bığım yağa batar... Ü.Hacıbəyov. [Hüseyn:] Mən nə bilim, əşi, onun qolu necə olub?.. S.Rəhman. [Qulu:] Əşi, o açarları bir bəri gətir. İ.Əfəndiyev. [Camal:] Əşi, ay Nəbi dayı, indidən niyə toyuq təkin hinə girmisiniz? Günün qulağı təzə batıb ki. Ə.Abasov.


Son arananlar: