Əhl
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
əhl
is. [ər.]
1. köhn. Yiyə, malik, sahib (bu mənada adətən tərkibdə işlənir; məs.: sərvət əhli, dərd əhli. Vidadi, xəstəyəm, günlər sanaram; Dərd əhliyəm, qəm hərfini qanaram. M.V.Vidadi. Qüvvətli təbiət də bizə baş əyir indi; Eşq əhliyik, hər yerdə bizim qüdrətimiz var. Ə.Vahid. • Əhlibeyt – 1) köhn. klas. – ev adamları, ailə, külfət. İnsan öz əhli-beytindən kənar oldu, əlbəttə, onun üçün, bir növ narahatlıq hasil olacaq. C.Məmmədquluzadə; 2) din. müsəlmanların Məhəmməd peyğəmbərin övladlarına verdikləri ad. Əhli-beyt tərəfdarları olan şairlər ilkin çağlardan başlayaraq mərsiyə qoşmuş, qəmli şeirlərində Kərbəla müsibətini səsləndirmişlər. Ə.Səfərli. Əhlidərd – dərd əhli, dərdli, dərdi olan adam. Fələk, bari, cəfalar eyləyib sən həm qəm artırma; Əlindən gəlmədisə əhli-dərdə çarəsaz olmaq. S.Ə.Şirvani. Əhli-dil şair. – söz başa düşən, o birinin dərdindən xəbərdar olan adam, arif. İşarət elədim, dərdimi bildi; Gördüm həm gözəldi, həm əhli-dildi. Aşıq Ələsgər. [Xaqani:] İstəyirəm ki, şah əhli-dil olsun; İqlimimiz belə mötədil olsun! M.Rahim. Zalim fələkin gərdişi atəşlərə yansın! Əvvəlcə nə cövr eyləsə, əhli-dilə eylər. Ə.Vahid. Əhli-divan rəs. köhn. – divan (məhkəmə) işləri ilə məşğul olan adamlar, məhkəmə məmurları. Əhli-dünya – axirətə inanmayıb ancaq bu dünya ilə maraqlanan, bu dünya işləri ilə məşğul olan, bu dünyanın nemətlərindən faydalanan adam. Baxarmı əhli-dünyayə; Gülündən ayrılan bülbül. Aşıq Bülbül. Əhli-dünyayə virdi lənətdir; Gecə-gündüz xəyali dövlətdir. S.Ə.Şirvani. Əhli-elm – elm əhli, elmlə məşğul olan adamlar, elm xadimləri. Cəfər, ey nuri-dideyi-Seyyid!.. Əhli-elmə həmişə hörmət qıl! S.Ə.Şirvani. Əhli-eşq – eşq əhli, aşiq. O məclis kim, ziyası olmaya şəmicamalından; Nə məclis, eyni zülmət, əhlieşqə bir bəla məclis. S.Ə.Şirvani. İnan, əlbəttə, bir zaman olacaq; Əhli-eşq onda kamran olacaq. A.Səhhət. Ziyarətgahını gülbusələr təzyin edər hər an; Sən əhli-eşq için bir Kəbə yandırdın məhəbbətdən. H.Cavid. Əhli-əyal – ailədə olanlar: ər, arvad, uşaqlar; ailə. Əhli-əyalı ibarətdir bir anasından, bir arvadından və yeddi-səkkiz yaşında oğlundan. C.Məmmədquluzadə. Xanlar kimdir ki, yazıq kəndlilərin malına, canına, əhli-əyalına özlərini sahib edirlər. C.Cabbarlı. Haşım Məhəmmədin yanında bir müddət qalsın və bir qədər pul qazandıqdan sonra yenə qayıdıb əhli-əyali ilə xoşbəxt dolansın. B.Talıblı. Əhli-hal – hal əhli, başa düşən, başqasının halından xəbər tutan. Bir para əhli-hal olmayan gözəl; Zənəxdanı gizlər, yanağı çəkər. Q.Zakir. Əhlihal eşq için, əvət, bayılır; Haydı, Zəhranı get çağır, ayılır. H.Cavid. Əhli-iman – iman əhli, etiqadlı, dinə inanan adam. Ağdam bazarında da nə qədər istəsəniz imanlı hacı, kərbəlayı və məşədi tapılar.. Hamısı əhli-iman, namaz qılan, oruc tutan müqəddəs mömin şəxslərdir. Ə.Haqverdiyev. Əhli-insaf – insaf əhli, insaflı adam. Xislətdə sadəyəm, eşqdə Qafam; Mən mürvət kanıyam, əhli-insafam. Aşıq Şəmşir. Əhli-kef – kef əhli, vaxtını kefdə və xoş keçirən adam. Əhli-kef adam. – ..Hər kəs görsə ki, hambal qəzet oxuyur, elə bilər ki, bir əhli-kef adamdır, çağırıb yük götürtməz və pul da verməz. Ü.Hacıbəyov. Restoran bu gecə çox maraqlıdır; Əhli-kef insanlar aşıb-daşırlar. S.Vurğun; // dan. vaxtını əyyaşlıqda keçirən adam. Zəng çalınır; Gəlin qalxır, qapını açır; Zümzüməylə girir evə “əhli-kef” əri. S.Vurğun. Əhli-kəmal köhn. – kamal sahibi, kamallı, ağıllı adam. Bildim bu imiş sənin muradın; Kim, əhli-kəmal ola ibadın. Füzuli. Əhli-kitab – islam dininə görə, göydən nazil olmuş müqəddəs kitablardan birinə inanan(lar) – müsəlmanlardan başqa yəhudilər ilə xristianlar. Aldı əhlikitab dünyanı; Şərh edirsən sən indi Quranı. S.Ə.Şirvani. Qızma, şeyxim, o da bir əhlikitab; Baxalım nəzri nədir? H.Cavid. Əhliqələm köhn. – qələm əhli, qələm sahibi, yazıçı, mühərrir. Leyk bir bax ki, bu gün Şirvanda; Gör neçə əhli-qələm var onda? A.Səhhət. Əhli-qərəz – qərəzli adam, qərəzkar, ürəyində qərəz saxlayan adam. Eyb bilər fəzlini əhli-qərəz; Çünki onun var ürəyində mərəz. S.Ə.Şirvani. Əhli-qiblə din. – müsəlman, islam əhli. Əhli-qübur – qəbiristan əhli, ölülər. Qazıb əhli-qübur içində məzar; Oldu mədfun qəbr ara Bozlar. S.Ə.Şirvani. Sizin olsun bu da, ey əhliqübur! Abi-kövsər deyilən badə budur! H.Cavid. Əhli-məclis – 1) məclisdə olanlar, iştirak edənlər. Vəkil, vəzir, əhli-məclis hamısı oğlanın bu hünərinə məəttəl qaldılar. (Nağıl); 2) səhnə əsərində iştirak edənlər. Əhli-mərifət – mərifətli adam. Sanırsa zahid özün əhli-mərifət, əmma; Bilirmi, nolduğun olsa suali-hürriyyət? Ə.Vahid. Əhli-ruh – ruh əhli, ruhlu adam. Gör necə xələt verdi; Məlul könlüm aşdı, gözəl; Arifsən, əhli-ruhsan; Can sana peşkəşdi, gözəl! Aşıq Ələsgər. Əhli-savad – savadlı, oxumuş. ...Mən əhli-savadam, yazı-pozu mənim gözümə ziyan eləyibdi. C.Məmmədquluzadə. Əhli-vəfa klas. – vəfalı. Yolunda müntəzirəm, can verim görəndə üzün; Cəfa çəkənlərin əhli-vəfasıyam, gözəlim! Ə.Vahid. Əhli-zələmə, əhli-zülm köhn. – xalqı incidən, xalqa zülm edən, xalqa əziyyət verən adam (çar dövründə inzibati polis orqanları məmurlarına verilən ad). [Səkinə xanım:] Əziz bəyin dədəsi əhli-zələmə idi, özü ki hələ divan qulluğuna girməyibdir? M.F.Axundzadə. Əhli-zövq – zövq əhli, yaxşı zövqü olan adam. [Şeyx Hadi Şeyx Sənan haqqında:] Onu idrak üçün kəmal istər; Əhlizövq istər, əhli-hal istər. H.Cavid. Əhlizülm – zülmkar, zülm edən adam. Əhlizülmü necə, bərbad eylədi bir ləhzədə; Sən bizim dağlar pələngi qəhrəman Eldara bax! S.Vurğun.
2. Bir yerdə sakin olan, daim bir yerdə yaşayan, bir yerin əhalisindən olan adam. Kənd əhli (kəndlilər). Şəhər əhli (şəhərlilər). – ..Axundu mən çoxdan tanırdım, özü də İran əhlidir. C.Məmmədquluzadə. Bu kəndin əhli həqiqətən çox avam idi. Qantəmir.
3. Bacaran, bilən adam. İşi əhlinə tapşır.
4. Əhali. Nə əhlimizdə ayıqlıq əlaməti görüneydi; Nə bir para oxumuşlarda bu zəkavət oleydi. M.Ə.Sabir. [Qazı:] Əzizim, .. üçdörd nəfər kəndinizin əhlindən gətirərsən mənim yanıma. C.Məmmədquluzadə.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
əhl
I. yiyə, malik, sahib
{iye, malik, sahip}
II. əhali
{cemaat}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
əhl
erbap