turklehceleri.org

şənlik

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

şənlik

is.
1. Şadlıq, sevinc, fərəh. O hara gəlsə şənlik gətirir. – İş keçsə bu surət bir müddət əgər; Qalmaz Qarabağda şənlikdən əsər. Q.Zakir. Bəndalı həmişə evə gələndə bir şənlik, xoşluq gətirərdi. Mir Cəlal.
2. Təntənə, şadlıq məclisi, şadyanalıq, çalıb-çağırma, bayram. Xalq şənliyi. Məktəbdə şənlik keçirilirdi. – Mədəniyyət sarayında bu gün şənlik vardı. S.Rəhman. [Əsgər:] Düşmən pilotu bizi görsəydi, yəqin ki, bir qatar pulemyot gülləsi atar, şənliyimizi pozmağa cəhd edərdi. M.Hüseyn. • Şənlik etmək (eləmək) – şadyanalıq etmək, deyibgülmək, çalıb-çağırmaq, bayram etmək. Yığışın, şənlik edək, qərnimizin bayramıdır; Sil gözümdən bu yüz ildən bəri göz yaşlarımı. Şəhriyar. ..Şura hökuməti qurulduğuna görə çayqıraqlılar şənlik eləyirlər. Ə.Əbülhəsən.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

şənlik

I. kənd, abadlıq
{köy, şehir}

II. şadlıq, şuxluq, nəş’ə, sevinc, fərəh
{mutluluk, şuhluk, neşe, sevinç, ferah}

III. canlılıq, qızgınlıq, həyəcanlılıq
{canlılık, kızgınlık, heyecanlılık}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

şənlik

cümbüş, şölen, tören


Son arananlar: