turklehceleri.org

Məxmər

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

məxmər

is. [ər.] Üzü qısa xovlu parlaq ipək parça. [Əsgər:] Çit, ipək, məxmər, bafta, tafta... hər şeyim var. Ü.Hacıbəyov. // Məxmərdən tikilmiş, məxmərdən olan, üzünə məxmər çəkilmiş. Məxmər döşək. Məxmər pərdə. – Abı ipək don geymiş qarabəniz xanım yaşıl məxmər divanda böyrü üstə uzanıb .. oxuyurdu. M.S.Ordubadi. Dəmirov astarsız məxmər pencəyini düymələdi. S.Rəhimov. • Məxmər kimi – görünüşcə və ya əl vuranda məxməri xatırladan şey haqqında. Yaşıl məxmər kimi döşəndi yonca; Vətən qızlarının ayaq altına. S.Vurğun. ..Məxmər kimi otların arasından büllur sular süzülür, qönçələrə, düyməçələrə parlaq incilər düzülürdü. M.Rzaquluzadə.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

məxmər

kadife


Son arananlar: