şəkk
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
şəkk
is. [ər.] Bir şeyin gerçəkliyinə, doğruluğuna şübhə etmə; şübhə, güman, zənn. Leyli dedi: – Çün sənə şəkkim var; Məcnun isən, eylə halın izhar. Füzuli. Əziz balalar!.. Sizin bizdən xoşbəxt olmağınıza heç şəkk yoxdur. N.Nərimanov. [Hacı Osman:] Vəli kişinin qoçaq olmasına şəkkin yoxdur ki, Cavad bəy? N.Vəzirov. • Şəkdən çıxartmaq – inandırmaq, şübhə üçün arada yer qoymamaq, şəkk-şübhədən qurtarmaq, inandırmaq. [Seyid Əhməd Seyid Səmədə:] Andına inanıram. Amma gərək bir şeyə də and içib, məni dürüst şəkdən çıxarasan. Ə.Haqverdiyev. Şəkdən çıxmaq – bax. şəkk-şübhədən çıxmaq. Şəkkə düşmək – özündə şübhə doğmaq, şübhə eləmək, şübhə altına almaq. [Dərviş] mənim şəkkə düşməmi anladı. A.Divanbəyoğlu. Mətbəxdəki arvadlar qara çadraya bürünmüş qadını gördükdə, şəkkə düşmüş və cürbəcür fikirlər irəli sürməyə başlamışdılar. T.Ş.Simurq. Şəkk eləmək (etmək) – bir işin doğruluğuna, həqiqiliyinə, gerçəkliyinə inanmamaq, şübhə etmək. [Səməd kişi:] Xeyr, xeyr, əstəğfürullah elə, Allahın hünərinə şəkk eləmə. T.Ş.Simurq. Bu elə hikmətli çarə idi ki, şəkk eləməyə heç kəsin cürəti çatmırdı. S.Rəhman. Şəkk gətirmək – bax. şəkkə düşmək. Sən mənim sözümə heç gətirmə şəkk; Bizim evlərdə də gəl görün tək-tək. M.P.Vaqif. [Qəhrəman:] Rəhmətliyin qızı, sən də şəkk gətirirsən? S.Rəhimov.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
şəkk
şübhə, güman, zənn
{şüphe, şek, zan}
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
şəkk
kuruntu, şek
Son arananlar:
- poetic,
- erkeletkensi,
- yetkülük,
- balavuz,
- qayka,
- hünärment,
- baglatdyrmak,
- yorğan,
- disease,
- döyəcləmək,
- süle,
- əlan,
- howandarlyk,
- Üsteme,
- əlləşmək,
- takızük,
- parenthesis,
- kert,
- plenty,
- balaghet,
- larch,
- şəkk