turklehceleri.org

əlləşmək

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

əlləşmək

f.
1. Çalışmaq, çalışıb-çapalamaq, bir şeylə məşğul olmaq. Səhərdən axşama kimi əlləşdi, bu yazını yazdı. Nə qədər əlləşdimsə, bir şey çıxmadı. – Buludların .. günün şüasını bizdən aldığını, bizi məhrum etdiyini görüb biz əlləşərdik, çalışardıq ki, o namərbut qara buludları başımız üstündən rədd edək. T.Ş.Simurq. Fatma arvad hələ də təndir başında əlləşir. Mir Cəlal. • Əlləşib-vuruşmaq – çox çalışmaq, çox zəhmət çəkmək.
2. Çəkişmək, mübarizə etmək, deyişmək. Sən onunla əlləşmə. – ..Yerdə qaçan şimşəyin; Çirmənib əlləşməyin; Carçısı mən olaydım. Ə.Cavad. Yaşar bu yarımcan qurdla əlləşməkdə ikən birdən yan-yörədən səs gəldi. M.Rzaquluzadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

əlləşmək

I. çalışmaq, çapalamaq
{çalışmak, çabalamak}

II. çəkişmək, döyüşmək
{çekişmek, dövüşmek}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

əlləşmək

çabalamak, dokunmak, eşelemek, uğraşmak


Son arananlar: