turklehceleri.org

şücaət

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

şücaət

is. [ər.] İgidlik, rəşadət, cəsarət, cəngavərlik, qoçaqlıq, bahadırlıq, mərdlik. Səxavət olmayan kəsdə şücaət feli nadirdir; Kərəmsiz kimsəni hər yerdə gördüm, bihünər gördüm. M.V.Vidadi. [Vəzir:] Leyla, bu nə halətdir? Sən hara, Harun hara. Harun şücaət və cəsarətdə ad qazanmış bir pəhləvandır. Ü.Hacıbəyov. • Şücaət göstərmək – hünər göstərmək, igidlik, qoçaqlıq eləmək. [Toğrul:] Eh, çox böyük şücaət göstərmişsən. C.Cabbarlı.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

şücaət

cəsarət, qoçaqlıq, mərdlik, igidlik, mətanət, qeyrət, qəhrəmanlıq
{cesaret, koçaklık, mertlik, yiğitlik, metanet, sebat, kahramanlık}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

şücaət

şecaat


Son arananlar: