turklehceleri.org

ərlik

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

ərlik

is.
1. Ərin öz qadınına olan münasibəti, vəzifəsi, haqqı. Onun ərliyindən nə olacaq? Ərliyə qəbul etdi. – [Şah Abbas:] Əgər sizdən hər biriniz .. Abbas Məhəmməd oğlunu ərliyə qəbul edirsə, təzədən bu ibarət ilə ona siğeyi-nikah oxutdurram. M.F.Axundzadə. ..Müqim bəy getdikcə Zərrintac xanımın ərliyindən tamamilə çıxıb, .. saqqalı taxıl tozuna bulanmış darğalarından birinə çevrilirdi. S.Rəhimov.
2. Mərdlik, qoçaqlıq, namusluluq. Ərlik göstərmək. – Bəylərimizə dəmirdonlu deyərlər; Daim içimizdə ərlik işlənir. “Koroğlu”.
3. sif. Ərə getmək vaxtı çatmış. Ərlik qız. Ərlik vaxtı (qızın ərə getmə vaxtı, həddibüluğa çatdığı vaxtı). – Dilşadın .. təşkilata girməsi, ərlik qız ikən oğlanlarla gəzməsi – bütün bunlar Kərbəlayı Əzimin boynuna vəzifə qoyur. T.Ş.Simurq. Ərlik yekə qızdır, deyirəm, get ərə, getmir. Ə.Nəzmi.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

ərlik

mərdlik, qoçaqlılıq, namusluluq
{mertlik, yiğitlik, namusluluk}


Son arananlar: