turklehceleri.org

Şəffaf

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

şəffaf

sif. [ər.] Baxdıqda o biri tərəfi görünən, işığı asanlıqla buraxan, içindən keçirən. Şəffaf şüşə. Şəffaf cisim. // məc. Aydın, tərtəmiz, dumduru. Şəffaf göy. Şəffaf su. – O yerdə kim, göyün üzü şəffafdır; Çeşmələri qayət sərindir, safdır. A.Səhhət. Yuyundun, darandın, qarlar kimi saf; Tellərin sığallı, gözlərin şəffaf. Ə.Cavad. Qış gecəsinin şəffaf havasında mayakın işığı çox yaxşı görünürdü. M.Rzaquluzadə.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

şəffaf

I. dumduru, tərtəmiz, saf
{dupduru, tertemiz, saf}

II. aydın, açıq
{aydın, açık}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

şəffaf

berrak, saydam, şeffaf


Son arananlar: