turklehceleri.org

qare

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

qare

is. [ər.] köhn.
1. Oxucu, mütaliəçi. Niyə bəs belə bərəldirsən, a qare, gözünü? Yoxsa bu ayinədə əyri görürsən özünü? M.Ə.Sabir. Ey möhtərəm qarelərim, topladığım bu əşar; Həp ürəkdən çıxan bütün ixtiyarsız fəryaddır. A.Səhhət. Füzulinin ah və nalələri qarelərə dəxi sirayət edib, onları da özü ilə atəşi-hüzn və ələmlə yandırır. F.Köçərli.
2. din. Avaz və qiraətlə Quran oxuyan adam. Qare yorulanda uşaqlardan biri sonuncu ayəni bərkdən təkrar edər və qare üçün dincəlməyə imkan yaradardı. H.Sarabski.


Son arananlar: