Şilküt
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
şil-küt
şil-küt etmək (eləmək) – bərk döyüb əzişdirmək, qol-qabırğasını sındırmaq, şikəst eləmək, çolaq eləmək. [Hacı Qara:] Ta mən sizin ikinizi də şil-küt etməsəm, ölkə sizin əlinizdən dincəlməz. M.F.Axundzadə. [Günəş Araza:] Mən arvadlığımla bunların hər üçünü şil-küt edib yola salaram. A.Şaiq. Şil-küt olmaq – bərk döyülməkdən şikəst olmaq, bədəni əzik-əzik olmaq, hərəkətsiz hala düşmək; // məc. Sınıq-sınıq olmaq, qırılmaq, sınıb tökülmək. Şil-küt olmuş ağaclar yaralarını sağaldır, şivləyirdi. S.Rəhimov.