dörd
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
dörd
miqd. s.
1. Üçdən sonra gələn və 4 rəqəmi ilə işarə olunan say və miqdar. İki dəfə iki – dörd. Dörd yaş.
2. Beşballı sistemdə şagirdin, tələbənin müvəffəqiyyətini göstərən və “yaxşı” ifadə edən nömrə. Dərslərdən 4 almaq. ‣ Dörd bir tərəf – dövrə, hər tərəf, hər yan, ətraf. Qalanı dörd bir tərəfdən mühasirəyə aldılar. Dörd bir yan – bax dörd yan. Bu görünən qaladır; Dörd bir yanı taladır. (Bayatı). Dörd divar(ın) arasında və ya içində qalmaq (oturmaq) – bax divar. Dörd əllə – ürəklə, həvəslə, bərk-bərk. Naznaz Qaraşı vurub çölə atmadı, gün-gündən dörd əllə ondan yapışdı. M.İbrahimov. Dörd gözlə – 1) səbirsizliklə, böyük bir intizarla. Dörd gözlə gözləmək. – ..Hamısı da axır möhtərəm Elçinin yolunu dörd gözlə gözləyirdilər!.. S.Rəhimov; // diqqətlə, böyük həvəslə. Anamın şəklini görüb dörd gözlə qəzeti oxumaq istədim. Mir Cəlal; 2) çox sayıq bir surətdə. Dörd olmaq – çox böyümək, çox artmaq. Yenə dörd oldu suyu irmağın. Nəsimi. Dörd tərəf – bax dörd bir tərəf. [Aydəmir:] Yoldaşları dörd tərəfdən atdılar. C.Cabbarlı. Dörd yan – bax dörd tərəf. Göy yamacın ətəyində kəndciyəz; Dörd yanında dalğalanır tarlalar. A.Şaiq. Hər gölməçənin dörd yanında torpaqdan sədd çəkmişdilər. M.Hüseyn. Dörd yanına (tərəfinə) baxınmaq (boylanmaq) – çaşmaq, şaşırmaq, çaşaraq təlaşla ətrafına baxınmaq. Dörddə alacağım (alacağın, alacağı) yox, beşdə verəcəyim (verəcəyin, verəcəyi) – dərdsizlik, qayğısızlıq mənasında. Dörddə bir – çox az miqdar, bir şeyin çox az hissəsi. Ey əcəb, mən ki sədaqət yolunu azmayıram! Hələ gördüklərimin dörddə birin yazmayıram! M.Ə.Sabir.
Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)
dörd
dört