turklehceleri.org

Şadlıq

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

şadlıq

is. Sevinc, fərəh. Dağıldı bu şadlıq xəbəri, dərbədər oldu; Yandı oda qəmlər. M.V.Vidadi. Öz musiqi və sənəti ilə, özünün dilrüba səsilə minlərin şadlığına səbəb olan bu tarixi sima ömründə kədərdən başqa bir mükafat qazana bilmədi. M.S.Ordubadi. // İnsana fərəh, sevinc, məmnunluq verən hadisə, şey; nəşə, kef, əyləncə, toy, bayram. [Mərcan bəy qonaqlara:] Oturun burada, yeyin, için, kef çəkin. Bu gün şadlıq günüdür, gərək şad olasınız. Ü.Hacıbəyov. [Vəzir:] Şadlıq dəmi çatdı, durun! Şahanə bir məclis qurun! A.Şaiq. • Şadlıq eləmək (etmək) – çalıboynamaq, əylənmək, kef eləmək, şadlanmaq. Toydan qabaq gəlinin başına və əl-ayağına xına yaxardılar. O gecəni səhərədək dəf, dumbul çalıb, oynayıb şadlıq edərdilər. H.Sarabski.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

şadlıq

şənlik, şuxluq, sevinc, fərəh
{şenlik, şuhluk, sevinç, sürur}

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

şadlıq

tören


Son arananlar: