turklehceleri.org

diplom

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

diplom

[fr. əsli yun.]
1. Ali və ya xüsusi orta məktəb qurtarmaq, habelə bir ad və ya elmi dərəcə almaq haqqında şəhadətnamə. Ali məktəb diplomu. Elmlər namizədi diplomu. – Nəriman inşaat mühəndisi diplomunu alan günün sabahı Kərim bəy yaxın yoldaşları ilə əncirli həyətə nişan apardılar. Mir Cəlal.
2. Universiteti, institutu və s. qurtarmaq haqqında şəhadətnamə ala bilmək üçün yazılan əsər, layihə və s. Tarixdən diplom işi. – Ayna diplom işini yazır, mən də qəzetə baxırdım. İ.Əfəndiyev. Qəhrəman zarafatla dedi: – Sürmə şərt qoyubdur ki, diplomu müdafiə eləməmiş toy olmayacaq. M.Süleymanov.
3. Bir şəxsə, ya müəssisəyə hər hansı bir hüquq verildiyini təsdiq edən sənəd. 1-ci dərəcəli diplom. Dünya çempionu diplomu.

Pamukkale Azerbaycan Türkçesi - Türkiye Türkçesi (ADT versiyonu)

diplom

diploma, lisans

Özbekçe—İngilizce Sözlük (Dirks, 2005)

diplom

(Russian) diploma.

Türkmencenin Açıklamalı Sözlüğü (Kyýasowa, 2016)

diplom

[diplo:m], at. Ýokary ýa-da ýörite orta mekdebi gutaranlygy, şeýle-de ylmy adyň dakylandygy, alymlyk derejesiniň berlendigi hakynda resmi şahadatnama.

Uygurca – Türkiye Türkçesi Sözlüğü (Kurban, 2016)

diplom

r. Diploma.


Son arananlar: