turklehceleri.org

İştah

Türkiye Türkçesi – Arı Duru Türkçe Sözlüğü (Kuleli, 2013)

iştah

[Köken: Arapça] Obur

Türkiye Türkçesi – Tatarca Sözlük (Ganiyev, 1998)

iştah

и. тамак ачу, ашыйсы килү

Karşılaştırmalı Türk Lehçeleri Sözlüğü (Ercilasun, 1991)

iştah

Türkiye Türkçesi: iştah
Azerbaycan Türkçesi: iştaha
Başkurt Türkçesi: aşahı kiliv
Kazak Türkçesi: täbet zavık
Kırgız Türkçesi: tabit obur
Özbek Türkçesi: iştähä
Tatar Türkçesi: aşıysı kilü
Türkmen Türkçesi: işdǟ
Uygur Türkçesi: iştäy
Rusça: appetit

Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)

iştah

(=iştaha) is. [ər.]
1. Yemək istəmə, yeməyə meyil, yemək arzusu. Təmiz hava adamın iştahasını artırır. – İştaha diş altındadır. (Məsəl). ..Yazırsan ki, iştaham azalıb, belə ki, sübh vaxtı bozbaş yeyəndə, axşam azanı deyiləndə kabab yeyirəm.. C.Məmmədquluzadə. [Qurban:] Neyləyim, Allah plovu bir adama verir, iştahı bir ayrısına. Ə.Haqverdiyev.
2. məc. Arzu, istək, həvəs. Müftə pulları alıb cibinə dolduranda [onun] iştahası daha da artdı. “Kirpi”. • İştah(a) ilə, iştahla – 1) həvəslə, ləzzətlə, acgözlüklə. İştahla yemək. – [Oruc] tütək çalırkən qoyunlar iştah ilə ot otlar, arabir qulaqlarını qırparaq o səsi dinlərdi. A.Şaiq. Nəcəf iştaha ilə yeyir, xalasının ona etdiyi yaxşılıqlardan uzun-uzadı danışırdı. Q.İlkin; 2) məc. arzulu, həvəsli, həsrətkeş. Pulsuz, lakin iştahalı tamaşaçı sovuşmaq istəmir. Mir Cəlal. ‣ İştahası açılmaq – yemək arzusu daha da artmaq, daha da iştahalanmaq, yemək istəmək. [Bərbərzadə:] Həmişə bu yoldaşla söhbət eyləyəndən sonra, mənim iştaham açılır. S.Rəhimov. İştahası böyük olmaq – çox böyük şeylər ummaq, imkanı, ləyaqəti xaricində olan şeylərin arzusunda olmaq. [Teymur:] Yox, aşna, iştahan çox böyükdür. İnanmıram, bu qədər verə. “M.N.lətif.”. İştahası çəkmək – ürəyi istəmək, meyli olmaq. İslam gülə-gülə yavaş səslə [Telliyə] deyirdi: – Ay qız, gic olma!.. Çox vaxt adam yağlı plovdan çiyrənər, iştahası soğançörək yemək çəkər. S.Hüseyn. İştahası küsmək (bağlanmaq, pozulmaq, tutulmaq) – bu və ya başqa bir səbəb üzündən yemək istəməmək, yeməkdən qalmaq, ürəyi heç bir şey istəməmək. Qarabaş bildi ki, Əhmədin fikri Pəri Soltanı narahat eləyib, iştahı bağlanıb. (Nağıl). [Qurban:] Di yaxşı, gəl götür, iştahım tutulub, yeyə bilmirəm. Ə.Haqverdiyev.

Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)

iştah

arzu, istək, meyl
{arzu, istek, eğilim}


Son arananlar: