İzzət
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
izzət
is. [ər.] Hörmət, şərəf, etibar. Arvadın isməti – ərin izzəti. (Ata. sözü). Gər çox istərsən, Füzuli, izzətin, az et sözü; Kim çox olmaqdan qılıbdır çox əzizi xar söz. Füzuli. Nəbati istəməz sənsiz dünyanı; İzzəti, hörməti, şövkəti, şanı. Nəbati. [Teymur ağa:] Məyər xan ona verdiyi ixtiyar və izzət bəs deyil? M.F.Axundzadə. [İmran:] ..Bunlar hansı dağı qoyub dağ üstə; Neçindir bu hörmət, izzət onlara! B.Vahabzadə.
Azerbaycan Türkçesinin Sinonimler Sözlüğü (Çakıroğlu, 2013)
izzət
hörmət, şərəf, ə’tibar
{hürmet, şeref, itibar}