üzüaşağı
Azerbaycan Türkçesinin Açıklamalı Sözlüğü (Orucovun, 2006)
üzüaşağı
sif. və zərf
1. Getdikcə aşağı tərəfə meyil edən, yuxarıdan-aşağı; başıaşağı. Üzüaşağı cığır. Üzüaşağı getmək. – Şəlalələr qayalardan üzüaşağı gurlayıb axır, köpüklənir. M.İbrahimov. Qumru bunu eşidəreşitməz yerindən qopub üzüaşağı dərəyə doğru yüyürdü. Ə.Məmmədxanlı.
2. Çayda suyun axıb getdiyi tərəf; başıaşağı. Çayda üzüaşağı üzmək.